Futbol tarixinin ən sürətli het-trikləri

4-04-2023, 08:08           
Futbol tarixinin ən sürətli het-trikləri
“Real” La Liqada “Valyadolid”i 6:0 hesabı ilə məğlub edib.
Qaynarinfo xəbər verir ki, qarşılşamada Madrid klubunun fransalı hücumçusu Kərim Benzema 7 dəqiqə ərzində het-trik edərək (29, 32 və 36-cı dəqiqələrdə), futbol tarixində bir matçda ən sürətli 3 qol vuran futbolçular siyahısına daxil olub.
Sözügedən siyahıda Türkiyə Superliqasından “Qalatasaray”ın üzvü Bafetimbi Qomis və “Fənərbağça”nın sabiq futbolçusu Matey Kejman da yer alıb.
Bafetimbi Qomiş

2011-ci il dekabrın 7-də Çempionlar Liqasında Fransa təmsilçisi “Lion” səfərdə Zaqreb “Dinamo”sunu 7:1 hesabı ilə məğlub edib. Həmin vaxt “Lion”da çıxış edən Qomiş 44, 48 və 51-ci dəqiqələrdə toru silkələmişdi. Fransız futbolçu 7 dəqiqə ərzində het-trik etməklə tarixə düşüb.
Məhəmməd Salah

2022-ci il oktyabrın 12-də Çempionlar Liqasının qrup matçında üz-üzə gələn “Qlzaqo Reyncers” və “Liverpul” matçında ingilislər 7:1 hesablı qələbəyə sevinib. Həmin görüşdə Salah 75, 80 və 81-ci dəqiqələrdə vurduğu qollarla het-trikə imza atmışdı.
Matey Kejman

2007-2008 mövsümündə Türkiyə kubokunda “Fənərbağça”nın “Alanyaspor”u 10:3 hesabı ilə məğlub etdiyi matçda Kejman 77, 78 və 80-ci dəqiqələrdə 3 qol vuraraq tarixin ən sürətli het-triklərindən birinə imza atmışdı.
Yaqo Aspas

2014-cü il dekabrın 3-də İspaniya kubokunda “Sabadell”i 5:1 hesabı ilə məğlub etdiyi matçda “Sevilya”nın üzvü 58, 60 və 62-ci dəqiqələrdə 3 qol vurmaqla tarixə düşüb.
Robert Levandovski

Bundesliqada “Bavariya”nın “Volfsburq”a 5:1 hesabı ilə qalib gəldiyi matçda Münhen klubunun bütün qollarını vuran Levandovski 5 qolla diqqət mərkəzinə düşmüşdü. Polşalı ulduz 51, 52, 55-ci dəqiqələrdə fərqlənərək, futbol tarixində ikinci ən sürətli het-trikə imza atıb.
Sadio Mane

“Bavariya”nın seneqallı ulduzu “Sauthempton”da çıxış edərkən “Aston Villa”ya 2 dəqiqə 56 saniyə ərzində 3 qol vurmuşdu. Bu peşəkar futbolda ən sürətli het-trik olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru