Canni De Byazi: “İnkişafa can atan oyunçularınız varsa, qalib gələcəksiniz”

4-04-2023, 11:54           
Canni De Byazi:
“Əgər düşüncələrinizi futbolçuların beyninə köçürmək bacarığınız, həmçinin, inkişafa can atan oyunçularınız varsa, qalib gələcəksiniz”.

“Report”un məlumatına bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ölkə xaricində işləmək barədə “firenzeviola.it” saytına müsahibəsində deyib

İtaliyalı mütəxəssis bildirib ki, bu təcrübə məşqçiyə çox kömək edir:
“Yerli dinamikaya incəliklə uyğunlaşmağa çalışmalısan. Məsələn, mən əvvəlcə yeni vərdişlərə adaptasiya olmaqda çətinlik çəkirdim. Bu işi görəndə daha az fundamentalizmə və daha çox çevikliyə ehtiyacınız var”.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin avqustundan Azərbaycan millisinə başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru