Ferqyuson 40 ildən sonra UEFA Kubok Qalibləri Kuboku medalını alacaq

4-04-2023, 12:08           
Ferqyuson 40 ildən sonra UEFA Kubok Qalibləri Kuboku medalını alacaq
“Mançester Yunayted”in və “Aberdin”in keçmiş baş məşqçisi Aleks Ferqyuson 1982/1983-cü illər mövsümündə UEFA Kubok Qalibləri Kubokunu qazandığı üçün medal alacaq.

Ferqyusonun rəhbərliyi altında Şotlandiyanın “Aberdin” komandası 1983-cü ildə turnirin finalında Madrid “Real”ını məğlub edib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə Con Hyuitt Şotlandiya klubuna qələbə qazandırıb. Turnirin qalibi kimi medallar start heyətin 11 futbolçusu, həmçinin beş əvəzedici heyət oyunçusuna təqdim olunub. Amma həmin matçın 40 illiyi şərəfinə UEFA “Aberdin”in çalışdırıcısını mükafatlandırmaq qərarına gəlib. Ferqyusonun köməkçisi Arçi Noks və zədə səbəbindən finala çıxa bilməyən yarımmüdafiəçi Duqi Bell də medal alacaqlar.

Ümumilikdə Ferqyuson məşqçi kimi karyerasında 49 kubok qazanıb.
Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru