Braziliya prezidenti üsyan etdi: “Biz artıq dünyanın ən yaxşısı deyilik“

15-06-2023, 09:54           
Braziliya prezidenti üsyan etdi: “Biz artıq dünyanın ən yaxşısı deyilik“
Braziliya prezidenti Lula da Silva ölkəsində futbolun səviyyəsindən və milli komandanın durumundan narazılığını dilə gətirib.

Fanat.Az xəbər verir ki, "Globo" ölkə başçısının açıqlamasını təqdim edib:

“Dünyanın ən yaxşısı sayılan milli komandamızın baş məşqçisiz qalması təəssüf doğurur. Əslində, bu durum çox şeydən xəbər verir. Millimiz əvvəlki əzəmətini itirib. 1970-ci ildə DÇ-ni qazanan yığma səviyyəsində komanda yarada bilmirik. Çünki həmin keyfiyyətdə oyunçularımız yoxdur. Peledən sonra biz təkcə gəncləri yox, 30 yaşlı kişiləri də oynadırıq.

Braziliya futbolu uğursuzluğa düçar olur. Bizdə artıq dünyanın ən yaxşı futbolu yoxdur. Xaricdə təcrübə qazanan, gənc futbolçular üçün ixracatçı ölkəyə çevrilmişik. Təəssüf edirəm ki, komandamız böyük turnirlərdə iştirak etməyə hazır deyil”.

Xatırladaq ki, DÇ-2022-də Braziliya millisi Xorvatiyaya penaltilər seriyasında məğlub olaraq 1/4 finalda mübarizəni dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru