118 ildə ilk dəfə öz meydanında 4 qol buraxdı

15-06-2023, 13:29           
118 ildə ilk dəfə öz meydanında 4 qol buraxdı
Hollandiya millisi 118 ildə ilk dəfə rəsmi oyunda öz meydanında 4 qol buraxıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Millətlər Liqasının yarımfinalında Hollandiya yığması Xorvatiya komandasına uduzub. Rotterdamın (Hollandiya) “De Cuyp” stadionunda keçirilən görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Donyell Malen və Noah Lanqın qollarına Xorvatiya Andrey Kramaric və Mario Pasaliçin dəqiq zərbələri ilə cavab verdi. Əlavə vaxtda Xorvatiya Bruno Petkoviç və Luka Modriçin qolları ilə qalib gəlib.

Xorvatiyanın həlledici görüşdəki rəqibi cümə axşamı, iyunun 15-də İtaliya və İspaniya arasında keçiriləcək oyunda müəyyənləşəcək. Millətlər Liqasının final oyunu iyunun 18-də baş tutacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.