Konor Makqreqor qadına təcavüzdə ittiham olunur

16-06-2023, 12:18           
Konor Makqreqor qadına təcavüzdə ittiham olunur
Sabiq UFC çempionu Konor Makqreqor qadına təcavüz etməkdə ittiham olunub.

BAKU.WS xəbər verir ki, bu barədə TMZ Sports portalı məlumat yayıb.

Belə ki, insident iyunun 9-da, Milli Basketbol Assosiasiyasının (NBA) Mayamidə "Mayami" - "Denver" komandaları arasında keçirilən final mərhələsinin 4-cü oyun zamanı baş verib.

İrlandiyalı döyüşçünün zərərçəkəni mühafizəçilərinin köməyi ilə onu basketbolçuların istifadəsi üçün nəzərdə tutulan tualetə saldığı və cinsi təcavüzə cəhd etdiyi iddia olunur.

Lakin qadın dirsəyi ilə onu qarın nahiyəsinə zərbə endirərək oradan uzaqlaşa bilib.

Qadın ertəsi gün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayıb.

Mənbə qeyd edir ki, Makqreqorun nümayəndələri iddiaların yalan olduğunu bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru