AVRO-2024: İngiltərə millisindən darmadağın, Türkiyə çətin qələbə qazanıb - VİDEO

17-06-2023, 09:38           
AVRO-2024: İngiltərə millisindən darmadağın, Türkiyə çətin qələbə qazanıb - VİDEO
Futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində III tura start verilib.

Oxu.Az-ın məlumatına görə, ilk oyun günündə beş qrupda 12 qarşılaşma keçirilib.

D qrupunda yer alan Türkiyə millisi Latviyanın qonağı olub. Görüş "ay-ulduzlular"ın çətin qələbəsi ilə başa çatıb - 3:2.

Son dünya çempionatının finalçısı Fransa millisi səfərdə Cəbəllütariqə, İngiltərə yığması Maltaya, İsveçrə isə Andorraya qalib gəlib.

AVRO-2024-ün seçmə mərhələsi
III tur

B qrupu

22:45. Cəbəllütariq - Fransa - 0:3
Qollar: Olivye Jiru, 3. Kilian Mbappe, 45+3 (penalti). Aymen Mueli, 78 (avtoqol)


22:45. Yunanıstan - İrlandiya - 2:1
Qollar: Anastasios Bakasetas, 15. Georgios Masuras, 49 - Neytan Kollinz, 27

Xal durumu: Fransa - 9, Yunanıstan - 6 (2 oyuna), Niderland - 3 (2), İrlandiya - 0 (2), Cəbəllütariq - 0 (3)

C qrupu

22:45. Malta - İngiltərə - 0:4
Qollar: Ferdinando Apap, 8 (avtoqol). Trent Aleksander-Arnold, 28. Harri Keyn, 31 (penalti). Kallum Uilson, 82 (penalti)


22:45. Şimali Makedoniya - Ukrayna - 2:3
Qollar: Enis Bardi, 31. Elif Elmas, 39 - İlya Zabarnı, 62. Efim Konoplya, 68.Viktor Tsıqankov
Qırmızı vərəqə: Visar Musliu, 73 (Şimali Makedoniya)

Xal durumu: İngiltərə - 9, Ukrayna - 3 (2), İtaliya - 3 (2), Şimali Makedoniya - 3 (2), Malta - 0

D qrupu
22:45. Uels - Ermənistan - 2:4
Qollar: Daniel Ceyms, 10. Harri Uilson, 73 - Lukas Selarayan, 10; 75. Qrant-Leon Ranos, 30; 66
Qırmızı vərəqə: Kiffer Mur, 78 (Uels)

22:45. Latviya - Türkiyə - 2:3
Qollar: Eduards Emsis, 51. Kristers Tobers, 90+4 - Abdülkerim Bardakcı, 22. Cengiz Ünder, 62. İrfancan Kahveci, 90+6
Qırmızı vərəqə: Eduards Emsis, 83 (Latviya)


Xal durumu: Türkiyə - 6 (3 oyuna), Uels - 4 (3), Xorvatiya - 4 (2), Ermənistan - 3 (2), Latviya - 0 (2)

H qrupu

20:00. Finlandiya - Sloveniya - 2:0
Qollar: Yoel Pohyanpalo, 13. Oliver Antman, 64

22:45. Danimarka - Şimali İrlandiya - 1:0
Qollar: Yonas Vind, 47

22:45. San-Marino - Qazaxıstan - 0:3
Qollar: Yan Voroqovski, 37. Ashad Taqıbergen, 64. Baxtiyor Zaynutdinov, 90+5

Xal durumu: Sloveniya - 6, Danimarka - 3, Qazaxıstan - 3, Finlandiya - 3, Şimali İrlandiya - 3, San Marino - 0

I qrupu

22:45. Andorra - İsveçrə - 1:2
Qollar: Marsio Vyeyra, 68 - Remo Froyler, 7. Zeki Amduni, 32

22:45. Belarus - İsrail - 1:2
Qollar: Maks Ebonq, 16 - Şon Veysman, 85; 90+2

22:45. Kosovo - Rumıniya - 0:0

Xal durumu: İsveçrə - 6, Rumıniya - 6, Kosovo - 2, Andorra - 1, İsrail - 1, Belarus - 0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru