Prezident qalmaqala səbəb oldu: Futbolçunu dodaqlarından öpdü - FOTO/VİDEO

21-08-2023, 14:57           
Prezident qalmaqala səbəb oldu: Futbolçunu dodaqlarından öpdü - FOTO/VİDEO
İspaniya Real Futbol Federasiyasının prezidenti Luis Rubiales qalmaqala səbəb olub.

Publika.az xəbər verir ki, o, qadınlar arasında dünya çempionatının finalından sonra etdiyi hərəkətlə gündəmə gəlib. İspaniya millisi turnirin qalibi olub və Rubiales mükafatlandırma mərasimində həmyerlilərini təbrik etmək üçün podiumda olub.

Funksioner Henny Hermoso ilə münasibətdə özünü emosional formada aparıb. Rubiales onun başından tutaraq özünə çəkib və dodaqlarından öpüb.

Bu addım müxtəlif reaksiyalara səbəb olub. Rubiales cinsi təcavüz və qeyri-münasib davranışda ittiham olunur. Futbolçu isə bu anı yumorla qarşılayıb, gülümsəyərək deyib:

"Bu, dünya kubokunu qazanmaq sevincinin tamamilə kortəbii qarşılıqlı jesti idi. Bizim prezidentlə əla münasibətimiz var. O, hamımızla münasibətlərdə özünü qüsursuz aparır. Bu, təbii dostluq və minnətdarlıq jesti idi".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru