Braziliyalı futbolçu seçdiyi 39 rəqəminin hekayəsini danışdı - FOTO

24-08-2023, 13:44           
Braziliyalı futbolçu seçdiyi 39 rəqəminin hekayəsini danışdı - FOTO
İngiltərənin “Nyukasl” klubunun yarımmüdafiəçisi Brunu Qimaraynş forması üçün seçdiyi 39 rəqəminin sirrini açıb.

Braziliyalı futbolçu azarkeşlərin 39 rəqəmi ətrafında marağını təbii qarşıladığını bildirib.

“Bilirəm ki, insanlar bunun bir futbolçu üçün qəribə rəqəm olduğunu düşünür. Amma mənim üçün 39 rəqəmi xüsusi mahiyyət daşıyır... Bu sehrli rəqəmdir. 39 rəqəmi mənə həyatda hər şeyi qazandırdı. Məni “Nyukas”la gətirdi. Məni yedizdirdi, geyindirdi, üç saatlıq avtobus pulumu ödədi, onun sayəsində arzumu həyata keçirə bildim. 039 məmin atamın Rio-de-Janeyrodakı taksisinin dispetçer nömrəsidir”, - deyə 25 yaşlı futbolçu bildirib.

Mənbə: İngiltərə Premyer Liqasının “Facebook” səhifəsi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru