“Kəpəz” tarixində ilk dəfə Avrokuboklarda növbəti mərhələyə yüksəlib
7-07-2016, 22:49
Bakıda keçirilən ilk görüş 0:0 hesabı ilə yekunlaşmışdı
Azərbaycanın “Kəpəz” futbol klubu tarixində ilk dəfə Avrokuboklarda növbəti mərhələyə yüksəlib. “Report” xəbər verir ki, Gəncə komandası Avropa Liqasının I təsnifat mərhələsində səfərdə Moldova “Daçiya”sını 1:0 hesabı ilə məğlub edərək bu nailiyyətə imza atıb. Kişinyovda keçirilən oyunda yeganə qolu 56-cı dəqiqədə “Kəpəz”in futbolçusu Dario vurub. Qeyd edək ki, bir həftə əvvəl Bakıda keçirilən ilk görüş 0:0 hesabı ilə yekunlaşmışdı. Növbəti mərhələdə “Kəpəz”in rəqibi Avstriyanın “Admira” klubu olacaq.