Azərbaycan idmançıları hədələndi

8-07-2016, 12:00           

Ümumdünya Antidopinq Agentliyi Azərbaycanda dopinqlə aparılan mübarizədən narazıdır. Bu agentliyin və Azərbaycandan olan nümayəndələrin görüşündən sonra məlum olub.
ANS PRESS-in “İnsidethegames” elektron portalına istinadən verdiyi məlumata görə, portal Azərbaycanın idmançıların yoxlanması problemlərini bu surətlə həll etməyə davam edəcəyi halda, agentliyin tələblərinə uyğun olmayan ölkə adlandırıla biləcəyini yazıb.
Ümumdünya Antidopinq Agentliyi Azərbaycanı qaydalarını qərəzli şəkildə pozan Rusiya və Keniya kimi ölkələrlə bir sıraya qoymaqla hədələyib. Bu ölkələrin idmançıları Rio Olimpiadasından öncə əlavə dopinq yoxlamasından keçəcəklər.
Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) azərbaycanlı idmançıların 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları lisenziyalarından məhrum edilməsi barədə qərarına görə, İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək niyyətindədir. Federasiyadan ANS PRESS-ə verilən məlumata görə, qurum beynəlxalq hüquq şirkətlərinə müraciət etmək niyyətindədir. Bir müddət öncə IWF Azərbaycan ağırlıqqaldıranlarının dopinq testlərinin müsbət nəticələnməsi səbəbindən ölkənin bu idman növü üzrə lisenziyalarını ləğv edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.