“Bavariya” yeddi cavabsız qolla qalib gəldi, “Borussiya Dortmund”dan çətin qələbə - VİDEO

24-09-2023, 00:09           
“Bavariya” yeddi cavabsız qolla qalib gəldi, “Borussiya Dortmund”dan çətin qələbə - VİDEO
“Bavariya” və “Borussiya Dortmund” Almaniya Bundesliqasının beşinci turunu qələbə ilə başa vurublar.

Oxu.Az xəbər verir ki, Münhen klubu öz meydanında “Bohum”u darmadağın edib - 7:0.

“Bavariya”ya qələbə qazandıran qolları het-trik edən Harri Keyn, Erik Maksim Şupo-Motinq, Mateys De Lixt, Leroy Sane və Matis Til vurublar.

Beş matçda 13 xal toplayan “Bavariya” vahid liderdir. “Bohum” üç xalla 14-cüdür.

“Borussiya Dortmund” isə doğma azarkeşləri qarşısında “Volfsburq”u çətinliklə məğlub edib - 1:0. Yeganə qolu qarşılaşmanın 68-ci dəqiqəsində Marko Roys vurub.

Qələbə sayəsində xallarını 11-ə çatdıran Dortmund klubu turnir cədvəlində beşincidir. “Volfsburq” doqquz xalla yeddinci yerdə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru