Marko Veşoviç: “Süni ot örtüyü və hava şəraiti bizə çətinlik yaradacaq”

30-11-2023, 09:18           
Marko Veşoviç: “Süni ot örtüyü və hava şəraiti bizə çətinlik yaradacaq”
“Süni ot örtüyü və hava şəraiti bizə çətinlik yaradacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç “Molde” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin səfər oyunu ilə bağlı mətbuat konfransında deyib.

Monteneqrolu müdafiəçi bugünkü matça hazır olduqlarını bildirib:

“Bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. İstədiyimiz nəticəni qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Veşoviç zədədən sonra yaxşı formada olduğunu bildirib:

“Motivasiyam var, yaxşı formadayam və əlimdən gələni etməyə hazıram”.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Azərbaycan çempionu altı xalla qrupda ikinci pillədə qərarlaşıb. Eyni xala malik Norveç təmsilçisi üçüncü sıradadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru