Əfsanəvi boksçunun Paris Olimpiadasında iştirakına qadağa qoyulub

20-02-2024, 17:54           
Əfsanəvi boksçunun Paris Olimpiadasında iştirakına qadağa qoyulub
Səkkiz kateqoriya üzrə keçmiş dünya çempionu Menni Pakyao 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak edə bilməyəcək.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) məşhur idmançının yaşına görə oyunlarda iştirak etmək ümidlərini rədd edib. Hazırda Pakyaonun 45 yaşı var. Bundan əlavə, Menni seçmə yarışmada iştirak etməyib.

“Sevimli boks ikonamızın yaşına görə diskvalifikasiya edilməsi təəssüf doğurur. İdman növündən asılı olmayaraq, hər bir idmançı Parisdə yarışmaq imkanı əldə etmək üçün təsnifat yarışlarından keçməlidir”, - deyə Filippin Milli Olimpiya Komitəsinin prezidenti Avraam Tolentino bildirib.
Mənbə: championat












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru