A Seriyası: “İnter” “Atalanta”nı darmadağın edərək liderliyini möhkəmləndirdi - VİDEO

29-02-2024, 09:18           
A Seriyası: “İnter” “Atalanta”nı darmadağın edərək liderliyini möhkəmləndirdi - VİDEO
İtaliya A Seriyasında 26-cı tura yekun vurulub.

Turun son qarşılaşmasında lider “İnter” iddialı “Atalanta”nı qəbul edib.

Milandakı “San Siro” (Cüzeppe Meazza) stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib - 4:0.

“İnter”in qollarına Darmian (23), Martinez (45+1). Dimarko (55) və Fratessi (71) imza atıblar.
Hazırda İnzaginin yetirmələri 69 xalla turnir cədvəlində şəksiz liderdir. Komandanın ən yaxın izləyicisi “Yuventus”la 12 xallıq fərqi var. “Atalanta” isə 46 xalla 5-cidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru