Əfsanəvi komandirin heykəlinin qoyulacağı yer bəlli oldu - VİDEO

1-03-2024, 10:34           
Əfsanəvi komandirin heykəlinin qoyulacağı yer bəlli oldu - VİDEO
Birinci Qarabağ döyüşlərində iştirak edən 1992-ci ildə 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edən Allahverdi Bağırovun Ağdamda heykəli qoyulacaq.

Millət vəkili Aqil Abbasın sözlərinə görə, heykəl "Qarabağ" futbol klubunun Ağdamda tikiləcək yeni stadionun qarşısında qoyulacaq.

"Qarabağ"ın keçmiş futbolçusu, daha sonra klubun baş məşqçisi olan Milli Qəhrəman Allahverdi Bağırovun heykəli artıq hazırdır.

Qeyd edək ki, heykəl artıq Quzanlıdadır. Stadionun tikintisi yekunlaşdıqdan sonra heykəlin ora qoyulacağı nəzərdə tutulub.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru