Çempionlar Liqası: İki oyunda on qol vuruldu - VİDEO

10-04-2024, 12:34           
Çempionlar Liqası: İki oyunda on qol vuruldu - VİDEO
UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, ilk gündə iki oyun keçirilib.

Turnirin favoritləri “Real Madrid”lə “Mançester Siti” birincilərin meydanında üz-üzə gəliblər. ÇL-in ən titullu komandası ilə turnirin son qalibi arasındakı qol duelində qalib müəyyənləşməyib - 3:3.
Digər qarşılaşma Londonda baş tutub. Yerli “Arsenal” Münhen “Bavariya”sını qəbul edib. Tərəflər hərəyə iki dəfə fərqlənməklə sülhə razılaşıblar - 2:2. Qeyd edək ki, mərhələnin “Atletiko” (İspaniya) - “Borussiya” (Dortmund) və PSJ (Fransa) - “Barselona” (İspaniya) oyunları aprelin 10-da keçiriləcək. Cavab matçları isə aprelin 16-17-də təşkil olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru