Çempionlar Liqası: “Atletiko” evdə, “Barselona” səfərdə qalib gəldi - VİDEO

11-04-2024, 12:43           
Çempionlar Liqası: “Atletiko” evdə,
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində bu gün daha iki oyun keçirilib.

Oxu.Az-ın məlumatına görə, günün qarşılaşmaları Madrid və Parisdə baş tutub.

“Atletiko” doğma arenada Dortmund “Borussiya”sını qəbul edib. Ev sahiblərinin vurduqları iki qoldan qonaqlar yalnız birinin əvəzini çıxmağı bacarıblar - 2:1.
Digər görüşdə “Barselona” PSJ-nin qonağı olub. Qol duelini xatırladan qarşılaşmanın sonunda katalon klubu sevinib - 2:3. Qonaqların heyətində Rafinya dublla yadda qalıb. Bu cütlərdə cavab matçları aprelin 16-da keçiriləcək. Qeyd edək ki, dünən baş tutan mərhələnin ilk iki oyununda “Real Madrid” (İspaniya) “Mançester Siti” (İngiltərə) ilə 3:3, “Arsenal” (İngiltərə) isə “Bavariya” (Almaniya) ilə 2:2 hesablı heç-heçə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru