İngiltərə Premyer Liqası: “Liverpul” evdə “Kristal Pelas”a məğlub olub

15-04-2024, 09:34           
İngiltərə Premyer Liqası: “Liverpul” evdə “Kristal Pelas”a məğlub olub
İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində “Liverpul” “Enfild”də Londonun “Kristal Pelas”ını qəbul edib.

Oyunu hakim Kris Kavan idarə edib.

Oyunda hesab erkən açılıb: 14-cü dəqiqədə Ebereçi Eze dəqiqə zərbə ilə qonaqları sevindirib. Oyunun birinci hissəsi, demək olar, bərabər mübarizədə keçib, hesab dəyişməyib.

İkinci hissədə “Liverpul”un nəhəng üstünlüyü müşahidə olunub. Ev sahiblərinin çoxsaylı cəhdlərinə baxmayaraq, Din Henderson qapısını toxunulmaz saxlayıb.

Beləliklə, son matçda evdə “Atalanta”ya böyük hesabla yenilmiş “qırmızılar” bu dəfə “Kristal Pelas”a məğlub olub – 0:1.

Qeyd edək ki, 32 oyundan sonra “Liverpul”un 71 xalı var, komanda üçüncü pillədə qərarlaşıb. Bu məğlubiyyətə baxmayaraq, Yürgen Kloppun yetirmələrinin çempionluq şansları qalır. Onları lider “Mançester Siti”dən 2 xal ayırır, bir oyun az oynamış “Arsenal”la isə eyni xala malikdirlər. “Kristal Pelas” isə 32 oyuna 33 xal toplayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru