İddiaçılar Turniri: Nicat Abasov növbəti görüşünü keçirib

16-04-2024, 09:22           
İddiaçılar Turniri: Nicat Abasov növbəti görüşünü keçirib
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünə çıxıb.

“Report”un məlumatına görə, X turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələn 28 yaşlı qrosmeysterimiz məğlub olub - 0:1.

Hər iki şahmatçı arasında keçirilən əvvəlki görüşdə heç-heçə qeydə alınmışdı.
Bu nəticədən sonra Abasov turnir cədvəlində 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Nakamura isə 5,5 xalla 3-5-ci yerləri bölüşdürür.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. Səkkiz şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrosmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru