“Real Madrid” - “Barselona” matçı təkrar keçirilə bilər

23-04-2024, 08:34           
“Real Madrid” - “Barselona” matçı təkrar keçirilə bilər
“Lamin Yamalın zərbəsindən sonra hakimlərin səhvən qolu nəzərə almadıqları sübut olunarsa, “Barselona” İspaniya çempionatının “Real Madrid”ə qarşı oyununun təkrar keçirilməsini tələb edə bilər”.
TEREF Oxu.az-a istinadən xəbər verir ki, bunu Kataloniyanın “Barselona” klubunun prezidenti Joan Laporta deyib.

“Əgər bunun təmiz qol olduğu təsdiqlənərsə, təkrar oyunu tələb edəcəyimizi istisna etmirik. VAR-ın səhvinə görə bu hal artıq Avropa çempionatlarının birində baş verib”, – Laporta bildirib.

Xatırladaq ki, görüş “Real Madrid”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru