Türkiyə Superliqası: “Fənərbağça” qələbəni son anda əldən verdi - VİDEO

23-04-2024, 08:28           
Türkiyə Superliqası: “Fənərbağça” qələbəni son anda əldən verdi - VİDEO
Türkiyə Superliqasında 33-cü tura yekun vurulub.

Günün yeganə oyununda çempionluq mübarizəsi aparan “Fənərbağça” səfərdə “Sivasspor”la qarşılaşıb. Görüşdə qalib müəyyən edilməyib - 2:2.

Hesabı 45+2-ci dəqiqədə qonaqların heyətindəki Fred açıb. 57-ci dəqiqədə Koita tablodakı rəqəmləri bərabərləşdirib. 80-ci dəqiqədə Kahveci qonaqları önə keçirib. 90+4-cü dəqiqədə isə Manaj penaltidən oyunun nəticəsini müəyyənləşdirib.
Beləliklə də, xallarını 86-ya çatdıran “Fənərbağça” turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Sivasspor” isə 44 xalla onuncu yerdədir. Turnir cədvəlinə 90 xalla “Qalatasaray” başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru