“Gözüm qaraldı, döşəyi görə bilmirdim“ - Toğrul Əsgərov

22-08-2016, 08:04           

"Olimpiya Oyunları 4 ildən bir keçirilir, sevinirəm ki, burdan Vətənə medalsız qayıtmadım, qayıtsaydım, neçə illik əziyyətim heçə gedərdi. Amma istərdim ki, qızıl olsun".

teref.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, bu sözləri Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Toğrul Əsgərov deyib.

O, finalda məğlubiyyətinə belə aydınlıq gətirib: "Finaldan öncə keçirdiyim yarımfinal görüşü ağır oldu. Final görüşündə rəqibin bilmirəm başı, ya çiyini almacıq sümüyümə dəydi, gözüm qaraldı, döşəyi görə bilmirdim. Hər şey bir anda baş verdi, heç bilmədim necə oldu".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru