"Beşiktaş"ın yeni çalışdırıcısı bəlli oldu

6-06-2024, 11:38           
"Beşiktaş"ın yeni çalışdırıcısı bəlli oldu
"Beşiktaş" baş məşqçi postu üçün Covanni van Bronhorst ilə razılığa gəldiyini açıqlayıb.

Oxu.Az xəbər verir ki, İndoneziya əsilli niderlandlı məşqçi sonuncu dəfə 2022-ci ildə Şotlandiya Premyer Liqa komandalarından olan "Reyncers"i çalışdırıb.

Mütəxəssisin rəhbərliyi altında "Reyncers" ilk mövsümdə çempionluğu "Seltik"ə uduzub, Avropa Liqasının finalına yüksəlib. Lakin burada da penaltilər seriyasında "Frankfurt"a məğlub olub.

Əvəzində, komanda Şotlandiya kubokunu qazanıb.

Növbəti mövsüm komanda Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi altı oyunun hamısında uduzub. Liqada yenə "Seltik"dən geri qalıb. Van Bronhorst noyabrın 21-də vəzifəsindən azad edilib.
https://twitter.com/Besiktas/status/1798385081758990605?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1798385081758990605%7Ctwgr%5Ee8fb3075ded81f0353ee628930531808462d973f%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Foxu.az%2Fidman%2Fbesiktas-in-yeni-calisdiricisi-belli-oldu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru