İspan futbolunda irqçiliyə görə ilk həbs cəzası verilib

11-06-2024, 13:05           
İspan futbolunda irqçiliyə görə ilk həbs cəzası verilib
Məhkəmə İspaniya 1-ci Futbol Liqasında 21 may 2023-cü ildə oynanılan “Valensiya” – “Real Madrid” matçında baş verən hadisələrlə bağlı tribunadan Vinisiusa qarşı edilən irqçi təhqirlərə görə iş üzrə qərarını açıqlayıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə braziliyalı futbolçunu təhqir etdiyi üçün mühakimə olunan 3 müttəhimin hər birinə 8 ay həbs cəzası, 2 il stadiona giriş qadağası və məhkəmə işinin xərclərinin ödənilməsinə qərar verib.

Bu, La Liqa qurumunun şikayəti nəticəsində İspaniyada irqçilik üçün verilən ilk həbs cəzası kimi qeydə alınıb.

Məhkəmə zamanı yaşları 18 ilə 21 arasında olan müttəhimlər Vinisius, La Liqa və “Real Madrid”dən üzr istəyib və hərəkətlərinin yanlış olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru