Messi karyerasını bitirir: "İştirak etdiyim sonuncu Amerika Kubokudur"

22-06-2024, 17:58           
Messi karyerasını bitirir: "İştirak etdiyim sonuncu Amerika Kubokudur"
Argentina millisinin 36 yaşlı hücumçusu Lionel Messi yığmadakı karyerasından danışıb.

Forvard hazırkı Amerika Kubokunun onun üçün sonuncu olacağını deyib:

“Bu, iştirak etdiyim sonuncu Amerika Kubokudur. Bəli. 2026-cı il dünya çempionatında iştirakdan danışırıqsa, bu, işlərin necə getməsindən asılıdır. Hazırda məndə hər şey qaydasındadır”.

Xatırladaq ki, növbəti Amerika Kubokunun 2028-ci ildə keçirilməsi planlaşdırılır.

Bu gün 2024-cü il Amerika Kubokunun qrup mərhələsinin 1-ci turunun oyunu keçirilib və Argentina millisi Kanadaya 2:0 hesabı ilə qalib gəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.