Nesta İtaliya klubuna baş məşqçi təyin edildi

10-07-2024, 11:04           
Nesta İtaliya klubuna baş məşqçi təyin edildi
İtaliya millisinin və “Milan”nın sabiq futbolçusu Alessandro Nestanın yeni iş yeri müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, 48 yaşlı mütəxəssis “Monza”ya baş məşqçi təyin edilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nesta bu vəzifədə Rafaello Palladinonu əvəzləyib.

Qeyd edək ki, Nestanın son iş yeri İtaliyanın “Reggiana” klubu olub. O, bu yay komandadan ayrılıb.

Xatırladaq ki, “Monza” A seriyasının başa çatan mövsümündə 45 xalla 12-ci yeri tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru