AVRO-2024: Bu gün çempion bəlli olacaq

14-07-2024, 15:24           
AVRO-2024: Bu gün çempion bəlli olacaq
Bu gün AVRO-2024-ün final görüşündə İspaniya İngiltərə ilə qarşılaşacaq.

Oxu.Az xəbər verir ki, futbolsevərlərin böyük maraqla gözlədiyi oyunun gərgin keçəcəyi proqnozlaşdırılır.

Nominal meydan sahiblərinin heyətində Pedri, Perez və Navas zədəli olduğundan görüşü buraxa bilərlər. İngiltərə seçməsində isə itkilər yoxdur.

Final görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qarşılaşmanı fransalı hakimlər briqadasından Fransua Leteksiye idarə edəcək.

14 iyul

Final

İspaniya - İngiltərə

Saat 23:00, "Olympiastadion" (Berlin)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru