"Aston Martin" yeni yarış avtomobilini nümayiş etdirdi

23-07-2024, 17:44           
"Aston Martin" yeni yarış avtomobilini nümayiş etdirdi
"Aston Martin" şirkəti WEC və "24 Hours of Le Mans" yarışlarında brendi təmsil edəcək "Valkyrie AMR-LMH" hiperkarını sınaqdan keçirib və ilk dəfə olaraq avtomobilin xarici görünüşünü ictimaiyyətə nümayiş etdirib.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, istehsal modeli əsasında yaradılan "Aston Martin Valkyrie AMR-LMH" "Heart of Racing" komandasının mühəndisləri ilə birlikdə hazırlanıb.

Hiperkarın kapotu altında 1000 at gücündən çox olan, modifikasiya olunmuş 6,5 ​​litrlik atmosferli "Cosworth V12" mühərriki yerləşdirilib.

Yeni məhsulun yarış debütü 2025-ci ilin əvvəlinə planlaşdırılır.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.