Avrokuboklarda yeni format - UEFA təsdiqlədi

1-08-2024, 11:14           
Avrokuboklarda yeni format - UEFA təsdiqlədi
UEFA avqustun 29 və 30-da keçiriləcək püşkatma mərasimində dəyişiklik edib. Belə ki, ilk dəfə püşkatma zamanı kompüterdən istifadə ediləcək.

Bu barədə qurum yaydığı məlumatda deyilir.

Bildirilib ki, Monakonun paytaxtı Monte Karloda Qrimaldi Forumda keçiriləcək Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının püşkatma mərasimi bu il ilk dəfə olaraq 36 komandanın iştirakı ilə liqa formatında keçiriləcək.

Hər komandanı təmsil edən toplar əl ilə çəkiləcək və daha sonra proqram dörd qabda səkkiz rəqibi təsadüfi olaraq müəyyən edəcək.

UEFA komandaların hansı oyunlarının evdə, hansının səfərdə oynanılacağına proqram təminatının qərar verəcəyini və matçların zalda ekranda göstəriləcəyini bildirib.

Komandaların sıralaması köhnə sistemlə, matçlar isə avtomatik proqram təminatı ilə müəyyənləşəcək. Bundan əlavə, bundan sonra bütün avrokuboklar liqa formatına uyğun oynanılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.