Çempionlar Liqası: "Fənərbağça" Fransa klubuna uduzdu

7-08-2024, 08:36           
Çempionlar Liqası: "Fənərbağça" Fransa klubuna uduzdu
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Türkiyə "Fənərbağça"sı Fransada "Lill"in qonağı olub.

Oxu.Az xəbər verir ki, oyunda ilk maraqlı məqam 10-cu dəqiqədə İstanbul klubunun çalışdırıcısı Joze Mourinyonun sarı vərəqə alması olub.

İki dəqiqə sonra isə ev sahibləri hesabı açıblar. Santos fərqlənib.

Sarı-lacivərdli komanda 80-ci dəqiqədə Kahvecinin qolu ilə hesabı bərabərləşdirsə də, 90+1-ci dəqiqədə Jeqrovanın qolu fransızların qələbəsini rəsmiləşdirib - 2:1.

Cütlük arasında cavab qarşılaşması avqustun 13-də oynanılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru