Fernando Musleranı ağır cəza gözləyir: "Qalatasaray"dan etiraz

30-08-2024, 15:25           
Fernando Musleranı ağır cəza gözləyir: "Qalatasaray"dan etiraz
UEFA Çempionlar Liqasının pley-off matçında "Yanq Boyz"la görüşün sonlarına doğru rəqibə qarşı etdiyi hərəkətə görə qırmızı vərəqə alan Fernando Muslera cəzalandırılacaq.

Oxu.Az xəbər verir ki, UEFA təcrübəli qapıçıya minimum üç, maksimum isə beş oyunluq cəza verəcək.

"Qalatasaray" rəsmiləri bu cəzanı doğru qəbul etmədikləri üçün şikayət ərizəsi yazıblar.

Qeyd edək ki, "Qalatasaray" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Yanq Boyz"a iki oyunun nəticəsinə əsasən 4:2 hesabı ilə məğlub olduğundan mübarizəni UEFA Avopa Liqasının liqa mərhələsində davam etdirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru