İtaliya A Seriyası: "İnter" "Atalanta"nı darmadağın etdi

31-08-2024, 15:54           
İtaliya A Seriyası: "İnter" "Atalanta"nı darmadağın etdi
İtaliya A Seriyasında 3-cü turun "İnter" "Atalanta" qarşılaşması başa çatıb.

Oxu.Az xəbər verir ki, komandalar Milanda (İtaliya) "San Siro" stadionunda qarşılaşıblar. Matçı Matteo Markettinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. "İnter" 4:0 hesabı ilə qalib gəlib.

Dördüncü dəqiqədə "Atalanta"nın müdafiəçisi Berat Cimsiti topu öz qapısına göndərib. 6 dəqiqə sonra "İnter"in yarımmüdafiəçisi Nikolo Barella fərqlənib. İkinci hissədə meydan sahiblərinin hücumçusu Markus Türam dubla imza atıb.

"İnter" 2024/2025 mövsümü üçün A Seriyasının turnir cədvəlində birinci yeri tutur. Komanda üç görüşdən 7 xal toplayıb. "Atalanta" 3 xalla 11-ci yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru