"Fənərbağça" evdə rahat qələbə qazandı

31-08-2024, 11:38           
"Fənərbağça" evdə rahat qələbə qazandı
Türkiyə Süper Liqasının 4-cü turunda "Fənərbağça" doğma meydanda "Alanyasporu" 3-0 hesabı ilə məğlub edib.

Oxu.Az xəbər verir ki, matçda ilk qolu 43-cü dəqiqədə Dusan Tadic vurub.

İkinci hissədə isə yenə də fərqlənən tərəf "Fənərbağça" olub. 65-ci dəqiqədə bir daha Tadic fərqlənib və hesabı 2-0 edib. Cəmi 2 dəqiqə sonra isə Edin Dzeko hesabı 3-0-a çatdırıb və matç bu nəticə ilə yekunlaşıb.

Beləliklə, "Fənərbağça" öz azarkeşləri önündə qazandığı qələbə ilə xalını 10-a yüksəldib. "Alanyaspor" isə 2 xalda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru