Mançesterin iki futbol klubu arasında inciklik: Təyyarədə boş yer tapılmadı

27-10-2024, 12:38           
Mançesterin iki futbol klubu arasında inciklik: Təyyarədə boş yer tapılmadı
"Mançester Siti" əzəli rəqibi "Mançester Yunayted"in xahişini yerə salıb.

Oxu.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi "şəhərlilər"dən "Qızıl top" mərasimi üçün Alexandro Qarnaço və Kobbi Mainanı təyyarə ilə Fransanın paytaxtı Parisə aparmağı xahiş edib.

"Mançester Siti" klubunun rəhbərliyi isə təyyarədə boş yer olmadığı üçün bu istəyi reallaşdıra bilməyəcəklərini deyib.

Qeyd edək ki, A.Qarnaço və K.Mainan "Gənc oyunçu" mükafatına namizədlər sırasında yer alıblar.

"Qızıl top" mərasimi oktyabrın 28-də baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru