Mbappe Fransa millisinə dəvət almadı

8-11-2024, 08:14           
Mbappe Fransa millisinə dəvət almadı
İspaniyanın "Real Madrid” klubunda çıxış edən futbolçu Kilian Mbappe Fransa millisindən kənarda qalıb.

"Unikal" xəbər verir ki, yığmanın baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasında bu ay keçiriləcək oyunlar üçün açıqladığı siyahıda 26 yaşlı hücumçuya yer verməyib.

56 yaşlı mütəxəssis qərarını belə izah edib: "Özü ilə danışdıqdan sonra bu addımı atdım. Bu, müvəqqəti qərardır”.

Qeyd edək ki, Fransa millisi UEFA Millətlər Liqasının A Divizionunda İsrail və İtaliya yığmaları ilə qarşılaşacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru