“Real” klubu Luka Modriçə əvəzləyici tapıb

24-11-2024, 12:14           
“Real” klubu Luka Modriçə əvəzləyici tapıb
İspaniya təmsilçisi “Real” (Madrid) cari mövsümün sonu komandanı tərk edəcək Luka Modriçə əvəzləyici tapıb.

“El Gol Digital” xəbər verir ki, “Kral klubu” İtaliyanın “İnter” komandasında çıxış edən Nikolo Barellanın xidmətində maraqlıdır.

Milanlılar yarımmüdafiəçi üçün 80 milyon avro tələb edir. Qarşı tərəf isə bu transferi 60 milyon avroya həll etməyə çalışacaq.

Qeyd edək ki, N.Barella cari mövsüm “İnter”in heyətində 13 oyun keçirib və 1 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru