Fernandu Santuş istefaya göndərildi: Yerinə görün kimi gətirirlər

6-12-2024, 11:38           
Fernandu Santuş istefaya göndərildi: Yerinə görün kimi gətirirlər
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilir.

AFFA prezidenti Rövşən Nəcəf portuqaliyalı mütəxəssis ilə yolların ayrılmasına qərar verib. O, milli komandanın uğursuz çıxışı ilə yanaşı 70 yaşlı mütəxəssisin son oyunlarda verdiyi açıqlamalardan və göstərdiyi bəhanələrdən razı qalmayıb. Buna görə də Fernandu Santuş ilə yolların ayrılmasına qərar verib.

Qərar AFFA İcraiyyə Komitəsinin gələn həftə - böyük ehtimalla, dekabrın 14-də keçiriləcək iclasında veriləcək.

Santuşu isə azərbaycanlı mütəxəssis əvəz edəcək. AFFA prezidenti hazırda yerli məşqçilər arasında seçim edir. Ən real namizədlər isə Qurban Qurbanov və Rəşad Sadıqovdur.

Aut.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru