Avstriya millisinin sabiq futbolçusu hücuma məruz qalıb

17-12-2024, 12:29           
Avstriya millisinin sabiq futbolçusu hücuma məruz qalıb
Avstriyanın "Rapid Vyana" komandasının futbolçusu Qvido Burqştaller hücuma məruz qalıb.

Oxu.Az xəbər verir ki, hadisə paytaxt Vyana şəhərində baş verib. 35 yaşlı hücumçu naməlum şəxs tərəfindən döyülüb. Baş nahiyəsindən güclü zərbə alan oyunçunun kəllə sümüyünün sındığı bildirilib.

Avstriya millisinin sabiq futbolçusunun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı qeyd olunur. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Qvido Burqştaller Avstriya milli komandasının heyətində 26 oyun keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru