Makqreqorun mümkün rəqibi bəlli olub

18-12-2024, 11:14           
Makqreqorun mümkün rəqibi bəlli olub
UFC-nin sabiq çempionu, irlandiyalı Konor Makqreqor Hindistanda keçiriləcək turnirdə amerikalı bloger Loqan Polla boks qaydalarına uyğun döyüşə bilər.
Bu barədə idmançı sosial şəbəkədə yazıb.

“Mən Ambani ailəsinə Loqan Polla Hindistanda boks şousunda görüşmək üçün ilkin razılıq vermişəm. Sonra yenidən avtoqona qayıtmağa çalışacağam”, - deyə Makqreqor qeyd edib.

Bundan əvvəl irlandiyalının Rusiyada boks üzrə keçmiş dünya çempionuna qarşı döyüşə biləcəyi bildirilirdi.

34 yaşlı Makqreqorun son döyüşü UFC 264-də amerikalı Dastin Porye ilə olub. Görüş birinci raundda başa çatıb və nəticədə irlandiyalının ayağı sınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru