Avropa Superliqası rəsmi olaraq yeni adla fəaliyyət göstərəcək
Bu gün, 11:10
Avropa Superliqası UEFA-dan icazə alaraq rəsmi olaraq yeni adla fəaliyyət göstərəcək.
"GiveMeSport" xəbər verir ki, turnir Birləşmiş Liqa adlanacaq. Yarış "Ulduz", "Qızıl", "Mavi" və "Ümumi" liqadan ibarət olacaq.
Birləşmiş Liqa təşkilatçıları artıq UEFA-dan turnirin keçirilməsi üçün rəsmi icazə istəyiblər.
Qeyd edək ki, əvvəlcə Superliqa layihəsinə Avropanın 12 nəhəng komandası qoşulmuşdu. Lakin FIFA və UEFA-nın sanksiya təhdidindən sonra klublar geri addım atıblar. Hazırda UEFA və FIFA-ya tabe olmayan Avropa Superliqası layihəsindən yalnız İspaniyanın "Real" və "Barselona" klubları ayrılmayıb.