“Mançester Siti” 4 futbolçu axtarır

20-12-2024, 11:34           
“Mançester Siti” 4 futbolçu axtarır
İngiltərənin “Mançester Siti” komandası qış transfer dövründə heyətinə 4 futbolçu qatmağı planlayır.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi uğursuz çıxış fonunda heyətdə dəyişiklik etmək fikrindədir. Premyer Liqa təmsilçisi hücumçu, yarımmüdafiəçi, mərkəz və sağ müdafiəçi mövqeyi üçün oyunçu axtarışına başlayıb.

Qeyd edək ki, Xosep Qvardiolanın komandası keçirdiyi son 11 qarşılaşmada cəmi 1 qələbə qazanıb, 8 məğlubiyyət alıb və 2 dəfə heç-heçə edib. “Şəhərlilər” çempionatda 16 turdan sonra topladığı 27 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru