Modriç "Real"ın tarixində ən çox mükafat alan futbolçu oldu

20-12-2024, 16:39           
Modriç "Real"ın tarixində ən çox mükafat alan futbolçu oldu
"Real Madrid"in 39 yaşlı yarımmüdafiəçisi Luka Modriç komandasının Meksikanın "Paçuka" klubuna qitələrarası kubokun finalında qalib gəlməsindən sonra İspaniya klubunun tarixində ən çox titulu olan futbolçu olub.

"Çempionat" xəbər verir ki, bu kubok xorvatiyalı yarımmüdafiəçi üçün "Real"ın tərkibində çıxış etdiyi 28-ci kubokdur.

Bu göstəriciyə görə Modriç hazırda çarpaz bağ zədəsini sağaltmaqda olan "Real Madrid"in sağ cinah müdafiəçisi Daniel Karvaxalı (27 kubok) qabaqlayır.

İspaniya nəhənginin tarixində ən çox mükafat alanlar üçlüyünü keçən yay klubu tərk edən müdafiəçi Naço Fernandes (26 kubok) tamamlayır.

Qeyd edək ki, Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru