Mateuş Koxalski: "Azərbaycanda dava-dalaş, küçədə söyüş kimi şeylərin şahidi olmamışam"

28-12-2024, 17:25           
Mateuş Koxalski: "Azərbaycanda dava-dalaş, küçədə söyüş kimi şeylərin şahidi olmamışam"
"Azərbaycanda dava-dalaş, küçədə söyüş kimi şeylərin şahidi olmamışam".

Bunu "Qarabağ"ın qapıçısı Mateuş Koxalski "Przegladsportowy" nəşrinə müsahibəsində deyib.

24 yaşlı qolkiper Bakıda Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirdikləri Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu (0:2) haqqında danışıb.

Polşalı oyunçu "Çempionlar Liqasının himnini eşidəndə bir az stres keçirdinizmi?" sualına belə cavab verib:

"Bəli. Amma eyforiya daha çox idi. Arzumu reallaşdırdım, avrokuboklarda oynamaq üçün "Qarabağ"a gəldim".

Koxalski Azərbaycan haqqında da danışıb:

"Burada təhlükəsizlik hissi daha da böyükdür. Mən nə dava-dalaş, nə küçələrdə sərxoş insanlar, nə də evsiz-eşiksiz olanları gördüm".

Qeyd edək ki, Mateuş Koxalski cari ilin avqustunda "Qarabağ"a transfer olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru