Üçüncü onilliyin ən məhsuldar futbolçularının adları məlum olub

8-01-2025, 08:56           
Üçüncü onilliyin ən məhsuldar futbolçularının adları məlum olub
Kilian Mbappe üçüncü onilliyin ən məhsuldar futbolçuları arasında hamıdan öndədir.

Oxu.Az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin 3-cü dekadasının ən yaxşı bombardirlərini müəyyənləşdirib.

2021-24-cü illərdə milli liqalar, kuboklar, beynəlxalq klub turnirləri və milli komandada vurulan qol sayında Kilian Mbappe hamıdan öndədir. Fransalı hücumçu onilliyin ilk 4 ilində 198 dəfə fərqlənib.

İkinci sırada olan Erlinq Holand fransalıdan 4 top geri qalır. Robert Levandovski 181 qolla üçlüyü qapayır.

Bu il 40 yaşını qeyd edəcək Kriştianu Ronaldu 160 qolla beşlikdə qərarlaşıb. O, 9-cu sırada olan Lionel Messini 25 qol üstələyib.

Qeyd edək ki, cədvələ 100 və daha çox qol vuran 28 oyunçu daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru