Alessandro Nesta qovulduğu kluba qayıtdı

11-02-2025, 15:28           
Alessandro Nesta qovulduğu kluba qayıtdı
İtaliya millisinin heyətində dünya çempionu olan Alessandro Nesta 7 həftə əvvəl qovulduğu A Seriyası təmsilçisi "Montsa"nın baş məşqçisi vəzifəsinə qayıdıb.

Oxu.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis bu postdan ayrılan Salvatore Bokkettini əvəzləyib.

A.Nesta dekabrın 23-də vəzifəsindən kənarlaşdırılmışdı. Komanda onun baş məşqçi olduğu dönəmdə 17 görüşdə 7 heç-heçə edib, 9 görüşdə uduzub.

Qeyd edək ki, "Montsa" hazırda 16 xalla A Seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru