Yaponiya millisi 2026-cı il DÇ-yə vəsiqə qazanıb

21-03-2025, 11:44           
Yaponiya millisi 2026-cı il DÇ-yə vəsiqə qazanıb
Yaponiya millisi 2026-cı dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Yığma seçmə mərhələnin 7-ci turunda evdə Bəhreynə 2:0 hesabı ilə qalib gəlməklə vaxtından əvvəl mundialın əsas mərhələsinə yüksəlib.

“Gündoğan ölkə” təmsilçiləri yer aldığı C qrupunda 19 xal toplamaqla minimum ikinci yeri özləri üçün təmin ediblər. Yaponiyanı 10 xalla Avstraliya təqib edir. Səudiyyə Ərəbistanı, İndoneziya, Bəhreyn və Çin milliləri isə hərəyə 6 xal toplayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru