İngiltərə Premyer Liqası: "Arsenal" azarkeşlərini sevindirdi

2-04-2025, 11:42           
İngiltərə Premyer Liqası: "Arsenal" azarkeşlərini sevindirdi
İngiltərə Premyer Liqasında 30-cu turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, "Arsenal" doğma azarkeşləri qarşısında "Fulhem"i sınağa çəkib.

"Emirates" arenasında baş tutan oyun meydan sahiblərinin üstünlüyü ilə yekunlaşıb. "Topçular" 2:1 hesabı ilə qələbə qazanıblar.

Hazırda Mikel Artetanın yetirmələri 61 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıblar. Onlar lider "Liverpul"dan 9 xal geri qalırlar, lakin mersisaydlıların ehtiyatda bir oyunu var.

Aktivində 45 xalı olan "Fulhem" isə yarış cədvəlində 8-ci yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru