"Mançester Yunayted" dağıstanəsilli futbolçunu transfer edib

4-04-2025, 10:15           
"Mançester Yunayted" dağıstanəsilli futbolçunu transfer edib
İngiltərənin "Mançester Yunayted" klubu 17 yaşlı futbolçu Əmir İbrahimovla müqavilə imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Müqavilənin detalları açıqlanmır. Bildirilir ki, bu, Rusiyanın Dağıstan Respublikasında anadan olmuş yarımmüdafiəçinin ilk peşəkar müqaviləsidir.

Onun 11 yaşı olanda ailəsi Böyük Britaniyaya köçüb.

Qeyd edək ki, Ə.İbrahimov bu mövsüm U-18 çempionatında "Mançester Yunayted"in heyətində 16 oyuna çıxıb və 6 qol vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru