ŞOK: İnzagi və Hakan Çalhanoğlu İtaliya mafiyası ilə əlaqədə olub

3-05-2025, 16:27           
ŞOK: İnzagi və Hakan Çalhanoğlu İtaliya mafiyası ilə əlaqədə olub
"İnter"in baş məşqçisi Simone İnzagi və komandanın aprıcı futbolçularında biri Hakan Çalhanoğlu İtaliya Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, adıçəkilən şəxslər klubun rəsmi olaraq qəbul etmədiyi azarkeş qrupu - Ultrasın rəhbəri vasitəsiilə İtaliya mafiysı ilə əlaqəyə giriblər. Onlar 2023-cü ildə UEFA Çempionlar Liqasının "Mançester Siti"yə qarşı keçirilən final oyunu üçün mafiyaya daha çox bilet ayrılmasına yardımçı olublar.

Araşdırmalar zamanı İnzagi və Çalhanoğlu günahlarını etiraf ediblər, istintaqla əməkdaşlığa getdiklərinə görə ağır cəzadan yaxalarını qurtarıblar. Hər iki "İnter"li A seriyasında 1 oyun diskvalifikasiya edilib. Bundan başqa, İnzagi 15 min, Çalhanoğlu isə 30 min avro cərimələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru